Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Bryansk vilayətindən atdığı 10 kamikadze pilotsuz uçan aparatdan (PUA) 9-nu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Düşmən gecə saatlarında “Şahid-136” və “Şahid-131” (İran istehsalı) dronları ilə Ukrayna ərazisinə hücum edib. Kamikadze dronları Bryansk vilayətindən Sumı və Çerniqov istiqamətində atılıb”, - məlumatda deyilir.
Xarkov vilayəti də Rusiyanın raket və dron hücumlarına məruz qalıb.
Ümumilikdə, 10 hücum PUA-sından 9-u məhv edilib.