31 Mart 2023 15:41
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada atəşkəs elan edilməsini, hərbi texnikaların hərəkətini və hər iki tərəfdən silah ötürülməsinin qadağan olunmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, Lukaşenko müharibənin miqyası böyümədən əvvəl hərbi əməliyyatları dayandırmağa çağırıb.

“Hərbi əməliyyatların dayandırılmasını təklif etməklə riskə getməyə çalışacam”, - Belarus prezidenti deyib.

Rusiya artıq Lukaşenkonun bəyanatına cavab verib.

“Kreml Ukraynada müharibənin dayandırılması və danışıqların başlanmasına çağıran Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatını dinləyib. Rusiya və Belarus liderləri gələn həftə bu mövzunu müzakirə edəcəklər”, - Kremlin sözçüsü Dmitri Peskov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər