Bazar ertəsi (3 aprel - Red) Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavinləri arasında danışıqlar aparılacaq, bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “TASS” mənbəyə istinadən məlumat yayıb.
Xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr aparılacağı bildirilir.