Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk ilə daha görüşmək istəmədiyini bildirib.
Teleqraf.com-un məlumatına görə, ölkə başçısı səfirin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə görüşünü şərh edərkən bildirib ki, bundan sonra onun qapıları ABŞ səfiri üçün bağlıdır.
"Baydenin səfiri nə edir? Cənab Kamalı ziyarət edir. Ayıbdır, bir fikirləşin. Siz səfirsiniz. Sizin buradakı həmsöhbətiniz Prezidentdir. Qapılarımız onun üçün bağlıdır. Niyə? Qoy yerini bilsin", - deyə Prezident qeyd edib.