4 Aprel 2023 16:36
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD terror təşkilatının lideri Xalid Əyd Əhməd əl-Cəburinin dünən Suriyada keçirilən hərbi əməliyyatda öldürüldüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı ölən və yaralanan mülki şəxslərin olmadığı, təşkilatın bölgə və ətraf ərazilərdə təhlükə yaratmağa davam etdiyi bildirilib.

Açıqlamada təşkilatın zəifləməsinə baxmayaraq bölgədəki fəaliyyətini davam etdirdiyi, amma İŞİD liderinin ölümünün xarici hücum planlarını müvəqqəti olaraq pozacağı deyilib.

Qeyd edilib ki, Xalid Əyd Əhməd əl-Cəburi Avropada İŞİD-in hücumlarının planlaşdırılmasından məsul olub və qitədə təşkilatın rəhbərlik strukturunu qurub.

BMT-nin son hesabatına görə, İŞİD-in Suriya və İraqda 5-7 min üzvü var, onların da təxminən yarısı silahlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər