Rusiya hərbi qüvvələri Donetsk vilayətinin Baxmut şəhərini tam nəzarət altına almağa çalışırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Rus qoşunlarının Donetsk vilayətinin Boqdanivka rayonuna hücumları uğursuzluqla nəticələnib.
Gün ərzində müdafiə qüvvələrinin bölmələri cəbhənin bu istiqamətlərində rusların 30-a yaxın hücumlarının qarşısını alıb.
Baş Qərargahın məlumatına görə, gün ərzində Liman, Baxmut, Avdiv və Marin istiqamətlərində Rusiya qoşunlarının 60-dan çox hücumu dəf edilib. Baxmut və Marin hərbi əməliyyatların episentrində qalırlar.
Rusiya və “Vaqner” qüvvələrinin artıq Baxmutun mərkəzində olduqları bildirilir.
Son sutka ərzində Ukrayna hərbi aviasiyası Rusiyanın şəxsi heyətinin və hərbi texnikalarının cəmləşdiyi yerlərə 9 zərbə endirib. Həmçinin Müdafiə Qüvvələri Rusiyanın KUB tipli yüksək dəqiqlikli pilotsuz təyyarəsini vurub.
“Raket qoşunları və artilleriya bölmələri 3 idarəetmə məntəqəsini, 2 canlı qüvvənin cəmləşdiyi ərazini, 2 BM-21 “Qrad” raket kompleksini və düşmənin elektron döyüş məntəqəsini vurub”, - Baş Qərargah əlavə edib.