Məmləkət partiyasının sədri Məhərrəm İncə CHP-nin "namizədlikdən geri çəkil" çağırışına növbəti dəfə cavab verib.
Teleqraf.com xəbər verir ki, İncə CHP sədri, Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlunu ağır sözlərlə ittiham edib.
"Kılıçdaroğlu Gültəkin Uysalı vitse-prezident təyin edir. Əvvəllər Əli Babacanı Ali Şuraya göndərmək istəyirdi, indi onu vitse-prezident edir. Vaxtilə "istedadsız xarici işlər naziri" adlandırdığı Davudoğlunu vitse-prezident edir. Nəzakət xatirinə olsa da, orada (görüşdə) nəsə deməliydi. Amma heç Xəlil İbrahim süfrəsindən belə danışmadı", - partiya sədri deyib.
İncə sözlərini belə davam etdirib:
"Danışılmış, təklif edilmiş kimi açıqlamalar verir. Onların məqsədi güzəştə getmək, məqsədləri inandırmaq deyil, hədəfləri məhv etməkdir. Mən məhv olmayacam, bunu hamı bunu bilsin".
İncə və Kılıçdaroğlu arasında görüş ötən həftə baş tutub. Məmləkət partiyasının sədri görüşdə CHP liderinin geri çəkilməklə bağlı təklifini qəbul etməyib.