8 Aprel 2023 10:37
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində Rusiya qoşunlarının 60-dan çox hücumunun qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri əsas səylərini dörd istiqamətdə cəmləşdirir: Liman, Baxmut, Avdiv və Marin.

Ruslar Limanda Kreminna və Verxnyokamyansk rayonları istiqamətində hücuma keçməyə cəhd etsələr də, nəticə əldə edə bilməyiblər.

Rusiya qoşunları Baxmut istiqamətində şiddətli hücumlarını davam etdirir, şəhərin mərkəzini tam nəzarət altına almağa çalışırlar. Şiddətli döyüşlərin davam etdiyi bildirilir. Rus ordusu burada son sutka ərzində Boqdanivka və İvanivsk istiqamətlərində uğursuz hücum əməliyyatları keçirib. Ukrayna ordusu bu yöndə onların 20-yə yaxın hücumunun qarşısını alıb.

Ruslar Avdiv və Marin istiqamətlərində də hücuma keçib. Burada ən qızğın toqquşmalar Marinə nəzarət üzərində gedir. Ukraynalılar bu yöndə rusların 15-dən çox hücumunu dəf edib.

Bundan başqa, son 24 saat ərzində ukraynalı pilotlar Rusiya ordusunun canlı qüvvə və texnikasının cəmləşdiyi əraziləri güclü hava bombardmanları ilə vurublar. Nəticədə ruslar bir SU-25 hücum təyyarəsini və eyni zamanda müxtəlif tipli 7 dronunu itirib.

Raket qoşunları və artilleriya bölmələri də ciddi nəticə əldə edib - Rusiya qoşunlarının 1 nəzarət postunu, 2 canlı qüvvənin cəmləşdiyi ərazini vurub, sursat anbarını darmadağın edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər