ABŞ döyüş təyyarələrinin zərbələri nəticəsində “Əş Şəbab” terror qruplaşmasının kəşfiyyat rəhbəri öldürülüb. Teleqraf.com-un məlumatna görə, bu barədə “Frans Press” Somali hökumətinə istinadən məlumat yayıb.
“Somali və ABŞ-ın milli təhlükəsizlik qurumları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində Abdişakur və Təhlil ləqəbləri ilə tanınan “Əş Şəbab” terror qruplaşmasının kəşfiyyat rəhbəri məhv edilib”, deyə məlumatda bildirilir.
Bundan əvvəl bildirilmişdi ki, Somalidə ABŞ təyyarələrinin zərbələri nəticəsində “Əş Şəbab” terror qruplaşmasının ali liderlərindən biri öldürülüb.