Almaniyanın "R-3C Orion" döyüş təyyarəsi Baltik dənizi üzərində Rusiyanın dövlət sərhədinə yaxınlaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.
Məlumata görə, hava hədəfinin müəyyən edilməsi və dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus "Su-27" qırıcısı havaya qaldırılıb.
"Heç bir pozuntu qeydə alınmayıb, alman təyyarəsi geri dönmək məcburiyyətində qalıb", - Rusiya MN qeyd edib.