1 Yanvar 2015 19:56
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və İraq İŞİD-ə qarşı birgə mübarizə aparmaq üçün müqavilə imzalayıb. Müqaviləyə hər iki ölkənin müdafiə nazirləri imza atıblar.

İranın müdafiə naziri Hüseyn Dehqan və onun iraqlı həmkarı Xalid əl-Obeyd bəyan ediblər ki, terror təkcə İraqda deyil, bütövlükdə bütün dünyada narahatlıq yaradır.

Teleqraf.com-un “İTAR TASS” agentliyinə istinadən məlumatına görə, İran İraqda hərbçilərin hazırlanması üçün təlim üzrə mütəxəssisləri Bağdada göndərib. Rəsmi Tehran ABŞ-ın rəhbərliyi altında keçirilən hava zərbələrində iştirak etmədiyini xüsusi vurğulayıb.

Agentlik İran mediasına istinadən bildirir ki, bu ölkənin ABŞ-la birlikdə İŞİD-ə qarşı hava zərbələri endirməsi haqqında deyilənlər rəsmi Tehran tərəfindən rədd edilir.

Rəsmi Tehranın İraqa silah göndərməyə hazır olması barədə dekabrın əvvəlində İran Mərkəzi Qərargahının rəisi, ordu generalı Həsən Firuzbadi xüsusi bəyanat səsləndirmişdi:

“İranın və İraqın təhlükəsizliyi bir-biri ilə qırılmaz tellərlə bağlıdır. Biz İraqda baş verənlərə laqeyd yanaşa bilmərik. Orada terrorçuların xüsusi amansızlıqla İraq xalqına divan tutmasına dözmək mümkün deyil. İraq dövləti bizə silahlı yardımla bağlı müraciət etsə, biz onlara hökmən yardım göstərəcəyik”.


Müəllif:

Oxşar xəbərlər