25 Aprel 2023 08:00
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Xarici İşlər Nazirliyi Xartumdakı diplomatik nümayəndəliyinin əməkdaşının öldüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Misir XİN-in Feysbukdakı rəsmi səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, səfirliyin attaşesinin inzibati məsələlər üzrə köməkçisi öldürülüb.

Diplomat "Misir vətəndaşlarının Sudanda təxliyəsi prosedurlarına nəzarət etmək üçün evindən səfirlik binasına" gedərkən öldürülüb.

Qeyd edək ki, bir neçə il öncə Misirin Xartumdakı səfiri Hani Salah hərbi attaşenin köməkçisi avtomobilə hücum nəticəsində həlak olması ilə bağlı Sudan ordusunun xəbərlərini təkzib etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər