“Seçkilərin nəticələrini çox gözəl görürük. Prezidentimiz ilk turda yenə qalib gələcək. Sorğular belə deyir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“İlk turda prezidentimiz ən azı 52 faizlə qalib gələcək. AKP də 41-42 faizi keçəcək. Hazırda bu civarlarda görünür, amma sorğulara baxdıqda dəstəyin günbəgün artdığını görürük. Ümid edirəm ki, parlamentdə 300-ü keçəcəyik. Mən ümidə görə yox, gördüyüm tabloya görə proqnoz verirəm”, - nazir bildirib.