Türkiyə Müdafiə Nazirliyi Rusiyanın paytaxtı Moskvada keçirilən dördtərəfli görüşlə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nazirlik görüşdə bir sıra mühüm məsələlərin müzakirə edildiyini bildirib.
Türkiyə-Rusiya-Suriya-İran dördtərəfli görüşündə Ankara-Dəməşq münasibətlərinin normallaşması istiqamətində atıla biləcək konkret addımlar müzakirə edilib. Suriyada terror təşkilatları və bütün ekstremist qruplarla mübarizə ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, suriyalı qaçqınların öz torpaqlarına qaytarılması üçün səylərin gücləndirilməsi məsələsi də müzakirə edilib.
Görüşdə Türkiyə müdafiə naziri Hulusi Akar, Rusiya müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri Əli Mahmud Abbas və İran müdafiə naziri Məhəmməd Rza Aştiyani ilə yanaşı, bu ölkələrin kəşfiyyat rəhbərləri də iştirak edib.