İsrail Baş naziri Binyamin Netanyahu, Beynəlxalq Cəza Məhkəməsinin (BCM) Fələstin rəhbərliyinin edəcəyi müraciəti rədd etməsini gözlədiklərini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Netanyahu Təl Əvivdə səsləndirdiyi müvafiq açıqlamada Fələstini növbəti dəfə ittiham edib. O, bildirib ki, Fələstin camaatı və rəhbərliyi terrorçu təşkilat sayılan Həmasla əlaqələrini davam etdirməkdədir: " İsrail isə bir hüquq dövlətidir".
Baş nazir İsrail əsgərlərinin haqqlarını beynəlxalq arenada qoruyacaqlarını söyləyib. Netanyahu "Fələstin nüfuzu bir dövlət xüsusiyyəti daşımadığı üçün BCM-in Fələstin rəhbərliyinin edəcəyi müraciəti rədd etməsini gözləyirik" - deyə, vurğulayıb.
İsrailin 1967-ci ilin əvvəlində mövcud olan sərhədlərə çəkilməsi və paytaxtı Şərq Qüds olacaq müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasına təqdim olunmuş qərar layihəsi dünən səsverməyə çıxarılmış, ancaq şuranın daimi üzvü ABŞ-ın səsvermədə rədd cavabı səbəbindən qanun qəbul edilməmişdi.
Fələstin Muxtariyyatının lideri Mahmud Abbas buna cavab olaraq, dünən axşam saatlarında BCM-in qurucu təməl razılaşması sayılan Roma Müqaviləsi də daxil olmaqla 20 beynəlxalq razılaşmaya qatılma tələbini imzalamışdı.
Nail Cəlil