Çexiya xarici işlər naziri Yan Lipavski rusiyalı həmkarı Sergey Lavrovu “təlxək” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə öz Tvitter hesabında Lavrovun Çexiya prezidenti ilə bağlı fikirlərinə cavab olaraq yazıb.
“Təlxək Lavrovun Çexiya Prezidenti Pyotr Pavel haqda açıqlaması sadəcə gülüncdür, Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısında dayanmalıdır”, - çex diplomat vurğulayıb.
Pavel bundan əvvəl deyib ki, Çin Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olmasında vasitəçi kimi etibar edilə bilməz, çünki müharibənin davam etməsi Pekinin marağındadır. Ona cavab verən Lavrov bildirib ki, Çexiya prezidentinin Çin haqda söylədiyi sözlər normal siyasətçiyə uyğun gəlmir.