Rusiya 10 norveçli diplomatı “persona non-qrata” elan etmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu addım Norveçin 15 rus diplomatını “persona non qrata” elan etmək qərarına cavab olaraq atılıb.
Rusiya XİN Norveçin qərarını “düşməncə addım” adlandrıb və səfir Robert Kvilen nazirliyə çağırılıb.
“Cavab olaraq Kvileyə Norveçin Moskvadakı səfirliyinin və müdafiə attaşesinin 10 nümayəndəsinin “persona non qrata” elan edildiyi barədə nota təqdim edilib. Səfirə məlumat verilib ki, Oslonun qeyri-dost hərəkətləri ilə bağlı digər tədbirlər də görüləcək, o cümlədən Rusiya vətəndaşlarının Norveç diplomatik nümayəndəliklərində işləməsinə məhdudiyyətlər qoyulacaq”, - açıqlamada qeyd olunub.