26 Aprel 2023 21:04
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, Ərdoğanın gərgin iş rejimində çalışdığını və bu üzdən səhhətində müəyyən problemlərin yarandığını, amma ciddi bir şey olmadığını bildirib.

Dövlət başçısının səhhəti ilə bağlı AK Partiya sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş da açıqlama verib.

Millət vəkili qeyd edib ki, gərgin iş rejiminə görə prezidentin mədəsində narahatlıq yaranıb. Hazırda vəziyyəti tam qaydasındadır.

Qeyd edək ki, ötən gün Ülke TV və Kanal 7-nin birgə canlı yayımında Ərdoğan özünü pis hiss etmiş, yayım yarımçıq kəsilmiş, qısa fasilədən sonra canlı yayım davam etdirilmişdi. Bundan sonra bəzi yerli KİV-lərdə Ərdoğanın ürəyində ciddi problemlər olması barədə xəbərlər yer almışdı.

Dövlət başçısı özü isə mədə soyuqlaması olduğunu, həkimlərin tövsiyəsi əsasında bir gün istirahət etdikdən sonra sabahdan etibarən seçki kampaniyasına davam edəcəyini açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər