"Akkuyu" AES-ə nüvə yanacağının verilməsi mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onlayn formatda qatılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ərkan Kandəmir deyib.
Qeyd edək ki, "Akkuyu" AES-də mərasimin 27 apreldə keçirilməsi nəzərdə tutulur. Rusiya Prezidenti Vladimir Putin də mərasimdə videobağlantı vasitəsilə iştirak edəcək.