Qırğızıstan Prezidenti Almazbek Atambayevin Fərmanı ilə Aydjiqit Buranov bu ölkənin Azərbaycanda yeni səfiri təyin edilib.
Bu barədə Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsi məlumat verib. Bundan əvvəl Qırğızıstan parlamenti-Joqorku Keneş A.Buranovun namizədliyini təsdiq etmişdi.
Məlumatda deyilir ki, A.Buranov bir sıra vəzifələrdə çalışıb. Yeni təinata qədər o, Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili olub.