Sudan ordusu Vadi Seyidna hava bazasına enən C-130 tipli Türkiyə təxliyə təyyarəsinin qiyamçı Çevik Hərəkət Qüvvələri tərəfindən atəşə tutulduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Sudan ordusu bir ekipaj üzvünün yaralandığını və yanacaq təchizatının zədələndiyini bildirib.
Aprelin 15-də səhər saatlarında paytaxt Xartum və digər şəhərlərdə Sudan ordusu ilə Çevik Hərəkət Qüvvələri (HDK) arasında silahlı toqquşma başlayıb.
Sudan Səhiyyə Nazirliyi o gündən bəri qarşıdurmalar səbəbindən 512 nəfərin öldüyünü, 4193 nəfərin yaralandığını açıqlayıb.
Türkiyə toqquşmalara pik həddə çatdıqdan sonra ölkədəki vətəndaşlarını təxliyə etməyə başlayıb.