29 Aprel 2023 09:49
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi dünyada iqtisadi baxımdan birinci yerdə - alıcılıq qabiliyyətinin pariteti baxımından - bazar mexanizmlərini və dövlət tənzimləmə üsullarını məharətlə birləşdirən Çindir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici işlər naziri Sergey Lavrov dünyada çoxqübtlülüyə həsr olunmuş onlayn konfransın təşkilatçı və iştirakçılarına müraciətində deyib.

O, son üç onillikdə G7 ölkələrinin dünya iqtisadiyyatında payının əhəmiyyətli dərəcədə azaldığını, inkişaf etməkdə olan bazarlara malik ölkələrin çəkisinin isə durmadan artdığını vurğulayıb.

Sergey Lavrov hesab edir ki, müasir çoxqütblü dünyada qarşıdurmaya yeganə alternativ dünya mərkəzlərinin BMT nizamnaməsi, o cümlədən dövlətlərin suveren bərabərliyinə əməli şəkildə riayət olunmasın əsasında səylərin birləşdirilməsidir.

Sergey Lavrovun sözlərinə görə, Qərb ölkələrinin Rusiyanı təcrid etmək xətti tamamilə iflasa uğrayıb, Vaşinqton və onun yaxınlarının beynəlxalq ictimaiyyəti uydurulmuş “qayda-qanuna əsaslanan nizam”a uyğun yaşamağa məcbur etmək cəhdləri uğursuzluğa düçar olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər