29 Aprel 2023 15:04
2 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Vaqner” muzdlu qrupunun lideri Yevgeni Priqojin gözlənilmədən etiraf edib ki, təşkilatı tezliklə fəaliyyətini dayandıracaq.

Teleqraf.com xəbər verir ki, “Putinin aşpazı” ləqəbi ilə tanınan Priqojin Ukraynada üzləşdikləri mərmi qıtlığı məsələsini şərh edərkən, döyüşçüləri üçün sürpriz proqnoz verib.

“O yerə gəlib çatırıq ki, “Vaqner” bitmək üzrədir, qısa müddət ərzində fəaliyyətini dayandıracaq. Biz tarixə düşəcəyik, eybi yoxdur, belə də olur”, - Priqojin bildirib.

“Vaqner” muzdluları aylardır Baxmut şəhərinə tam nəzarəti ələ keçirməyə çalışırlar. Muzdlular burada çoxlu sayda elit bölmələrini itiriblər. Müvafiq uğursuzluqlar fonunda qrupun lideri Priqojin döyüşçülərinə daha sərt əmrlər verməyə başlayıb. Məsələn, o, muzdlulara əsir götürməmək əmrini verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər