30 Aprel 2023 09:04
2 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan 31 yaşlı Taylor Robinson öz südündən hazırladığı sabunları sataraq qazanc əldə edir.

Teleqraf.com xəbər verir ki, Taylor Robinson xüsusi xammaldan hazırlanmış sabunların satışından 100 min dollar qazanıb.

Onun istehsal etdiyi sabunların əsas tərkib hissəsi ana südüdür.

Kiçik müəssisəsinə 2021-ci ildə çox az pulla başlayan Robinson uğurunu artıq gələn südünə borcludur: “Ərimiş və saxlama müddəti ötmüş südü müxtəlif yağlarla qarışdıraraq sabun hazırlamaq ideyası rəfiqəmlə söhbət əsnasında formalaşdı. İlk övladım dünyaya gəldikdən sonra südümün çox olduğunu ona dedim. O da mənə artıq süddən sabun hazırlayaraq istifadə edə biləcəyimi məsləhət gördü. Qısa zamanda biznesim genişləndi.

Deyəsən, yaşlılar və çox gənclər adətən bundan iyrənirlər. Lakin yeni nəsli ana südünün necə gözəl olduğunu bilir.

Bu iş üçün sağılmış və saxlama müddəti bitmiş ana südündən istifadə edirəm. Sabun hazırlamasam, süd boşa gedəcək, ona görə də qiymətli südü yenidən dəyərləndirirəm. İstehlak müddəti keçsə və pisləşsə də, südün dəri sağlamlığı üçün faydaları davam edir. Müştərilərim tərkibində ana südü olan bu məhsulları çox sevdiklərini deyirlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər