2 May 2023 00:41
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyadan İsveçrəyə keçib.

Teleqraf.com xəbər verir ki, İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Berisvil təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırıb və may ayı ərzində gündəmdə olacaq əsas müzakirə mövzularını açıqlayıb.

Səfir qeyd edib ki, may ayı ərzində TŞ-də Suriya ilə bağlı müntəzəm görüşlər keçirəcək, Sudan böhranı, Əfqanıstanda cərəyan edən hadisələrin müzakirəsi prioritet olacaq.

O, Ukraynadakı vəziyyətlə bağlı xüsusi müzakirələrin gözlənilmədiyini bildirib.

Diplomat ay ərzində TŞ-yə üzv ölkələrin müraciətləri ilə münaqişəli bölgələrlə bağlı fövqəladə iclasların da keçirilə biləcəyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər