2 May 2023 20:43
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cudi Qabarda sutkada 100 min barel hasilat gücünə malik neft tapdıq”.

Teleqraf.com xəbər verir ki, bunu bir sıra infrastruktur layihələrin açılışı mərasiminə qatılan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib ki, yeni yataq Cizrədən 20 km aralıda, 2600 metr dərinlikdə aşkar edilib.

“Mən sizinlə yeni bir müjdəni paylaşmaq istəyirəm. Biz Cudi Qabarda sutkada 100 min barel hasilat gücünə malik neft tapdıq. Bunun nə demək olduğunu bilirsinizmi? Ey terrorçular, sizi o neft quyularında basdıracağıq. Mənbəyi sələmçilərdə yox, ölkəmizin öz təbii sərvətlərində axtarırıq. Artıq birinci quyudan aldığımız nefti emal zavodlarına göndərməyə başlamışıq. Bu neft ehtiyatı çox yüksək keyfiyyətlidir”, - deyə dövlət başçısı bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər