3 May 2023 10:55
2 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qüreyşini zərərsizləşdirdiyi əməliyyat dünyanın gündəmindədir.

Teleqraf.com xəbər verir ki, məsələyə münasibət bildirən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder Türkiyənin İŞİD-lə mübarizəsini təqdir etdiklərini bildirib.

“Hazırda bu xəbəri təsdiq edə bilmərik. Amma doğrudursa, alqışlanmalıdır. Ümumiyyətlə, Türkiyənin İŞİD-ə qarşı etdiklərini yüksək qiymətləndiririk. Türkiyə qüvvələri vaxtilə Suriyanın şimalında sərhəd bölgələrində İŞİD-ə qarşı döyüşüb. Yenə deyirəm, beynəlxalq ictimaiyyətin İŞİD-i daimi olaraq məğlub etmək üçün edə biləcəyi hər şey çox faydalıdır”, - Pentaqon rəsmisi deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan aprelin 30-da əl-Qüreyşinin məhv edildiyini açıqlayıb. İŞİD lideri MİT tərəfindən Suriyanın şimalında məhv edilib.

2013-cü ildə terror təşkilatına qoşulan əl-Qüreyşi qısa müddətdə İŞİD daxilində “yüksək vəzifə”lərə yüksəlib.

Əbu Hüseyn əl-Hüseyni əl-Qüreyşi 2022-ci ildə İŞİD-in əvvəlki lideri Əbu Həsən əl-Qüreyşinin öldürülməsindən sonra “yeni xəlifə” elan edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər