3 May 2023 22:49
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya işğalçıları Ukrayna ordusunun aylardır Uqledar şəhərində nəzarəti əldən verməməsindən çox narahatdır”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.

Onun sözlərinə görə, ruslar Ukrayna qüvvələrini uğursuz cəhdlərlə geri çəkməyə çalışırlar:

“Qüvvələrimizi və resurslarımızı geri çəkməyə və Donetski müvəqqəti işğal olunmuş Krımla birləşdirən quru dəhlizinin təhlükəsizliyini təmin etməyə cəhd göstərirlər”.

Seleznyov əlavə edib ki, hazırda rusların bu səyləri nəticə vermir. Üstəlik, Rusiya ordusu Uqledarda ciddi itkilər verirlər. Ekspert Uqledarın Rusiya ordusunun boğazında sümük kimi ilişib qaldığını deyib.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan bildirib ki, Ukrayna komandanlığı müdafiə xətti kimi Uqledarın seçərkən düzgün qərar verib: “İndi şəhəri tutmaq demək olar, mümkün deyil”.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutuna görə, Rusiya qüvvələri Uqledara yeni hücuma keçsələr belə, irəliləyiş ehtimalı çox azdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər