“Türkiyə dünyanın ən böyük iqtisadiyyatına sahib 10 ölkədən birinə çevirəcəyik. Buna nail olanadək dayanmayacağıq”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən 20 il ərzində Türkiyədə ciddi işlər görülüb: “Artıq Avropadan daha yaxşı səhiyyə sisteminə malikik. Artıq PUA-lara sahibik. Ölkəmizin bu imkanlarını günbəgün inkişaf etdiririk. Hakimiyyət müxalifətdən fərqli olaraq əsərlər ortaya qoyuruq. Biz artıq nüvə ölkəsinə çevrilmişik".