Tarixinin ən böyük iqtisadi böhranlarından biri ilə üz-üzə qalan İranda dövlət xəzinəsinə pul daxil etmək üçün 19 tarixi bina, o cümlədən karvansaraylar və qalalar hərraca çıxarılıb.
Teleqraf.com xəbər verir ki, məlumatı İranın Mədəni İrs və Turizm Nazirliyi açıqlayıb.
Bildirilir ki, mayın 22-dən etibarən ölkədəki 19 fərqli tarixi bina və tikilinin satışa çıxarılacaq.
Kirman bölgəsində yerləşən və yaşı 1000 il olduğu təxmin edilən Rayen qəsrinin də satılacağı deyilir. İslamdan əvvəlki tarixin ən mühüm tikililərindən biri kimi tanınan Rayen qalası ilə yanaşı, karvansaraylar və bir çox tarixi əhəmiyyətli iqamətgahlar da satışdadır.
İranlı tarixçi Məhəmməd Qaripur bunun narahatlığa səbəb olan bir qərar olduğunu deyib: “Açığı, tələsik qəbul edilmiş qərar kimi görünür. Qərarın heç bir araşdırmaya əsaslanmaması təhlükəlidir. Bu ərazi və binaları alan şəxslər onları sökə bilərlər”.
Qeyd edək ki, İran administrasiyası əvvəllər oxşar satışlar həyata keçirsə də, bir çox tarixi binalar otel və restoranlara çevrilib.
Hazırda tarixi böhran yaşayan İranda inflyasiya 50 faizi ötüb.