Ukrayna Ordusunda daha 8 PUA zərbə bölüyü yaradılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin rəqəmsal transformasiya naziri Mixail Fyodorov məlumat verib. O, bütün dronların Ukraynada istehsal edildiyini, maliyyənin dövlət büdcəsindən, həmçinin Ukrayna lideri Vladimir Zelenskinin UNITED24 layihəsi çərçivəsində toplanan ianələrdən gəldiyini açıqlayıb.
Fyodorov bildirib ki, Ukrayna hakimiyyəti ölkədə ordu üçün lazım olan qədər pilotsuz təyyarə istehsal etmək üçün işləməyə davam edəcək. Onun sözlərinə görə, bir neçə ay əvvəl yaradılan üç PUA zərbə bölüyü cəbhədə artıq uğurlu nəticələr göstərir.