Məmləkət Partiyasının sədri, Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncə ilə bağlı iddialar ölkədə müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, iddialara yenilərinin əlavə edilməsindən sonra müşaviri Oğuzhan Uçar Məhərrəm İncənin bu gün açıqlama verəcəyini bildirib.
Partiya sədri bundan əvvəl barəsində ortaya atılan iddialara belə cavab vermişdi:
“45 gündür saxta sənədlər, iddialar və videolarla böhtan ataraq, barəmdə yanlış təəssürat yaratmağa çalışan FETÖ-çülərə qarşı hardasınız, bu ölkənin jurnalistləri? Prokurorlar haradadır? Bu rəzil terrorçuların hiylələrindən kömək umanlar, bunları yayanlar, onlara inananlar, sui-qəsd məhkəmələri zamanı nə baş verdiyini xatırlayırsınız? Ömrümün sonuna qədər bu rəzil terrorçularla mübarizə aparacam”.
Məhərrəm İncənin səhhətindəki problemlə əlaqədar namizədliyini geri çəkəcəyini iddia olunur. Həmin iddiaya görə, öz namizədliyini “Altılıq Masası”nın namizədi Kamal Kılıçdaroğlunun xeyrinə geri götürəcək.