Bu gün Donetskin Petrovsk rayonu və aeroportunda döyüş əməliyyatları yenidən başlayıb.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə yerli sakinlər sosial şəbəkədə bildiriblər.
Sakinlərin bildirdiyinə görə, aeroport reaktiv artilleriyadan - dəmir yolu rayonunda quraşdırılmış qaubitsa və "Qvozdik"dən atəşə tutulur.
«Şəhərin mərkəzində yaşayanlara elə gəlir ki, Donetsk hər tərəfdən atəşə tutulur. Atəş səslərindən dayanmaq olur. Son günlər hələ belə atışma olmamışdı", - yerli sakinlər yazırlar.
Təsdilənməmiş məlumatlara görə, atılan mərmilər Petrovsk rayonunda ayrı-ayrı küçələrdə bir neçə evə düşüb. 14 nəfər Donetsk sakini yaralanıb.
Yerli hakimiyyət nümayəndələri 3 yarımstansiya və yenicə təmir olunmuş qaz xəttinin zədələndiyini bildirib.
Nihad