12 May 2023 11:21
2 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) media orqanı “Tele 1”in baş redaktoru Mərdan Yanardağ sosial media hesabında diqqətçəkən paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Yanardağ CHP sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğluna sui-qəsd olacağını bildirib.

Onun sözlərinə görə, Kılıçdaroğluna qarşı sui-qəsdi həyata keçirəcək qrup Gürcüstandan Türkiyəyə gəlib. Qısa müddətdən sonra isə bunu iddia olaraq dəyişdirib və bu barədə dəqiq bir şey söyləyə bilməyəcəyini vurğulayıb.

Türkiyənin bir çox media qurumu Yanardağın paylaşımı və iddiasını “qorxunc təxribat” adlandırıb. Əsassız iddia sosial şəbəkələrdə də sərt təpkilərlə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər