ABŞ-ın keçmiş prezidenti Donald Tramp tornado təhlükəsi ilə əlaqədar Ayova ştatında şənbə günü keçirilən mitinqi ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində məlunat verib.
"Təəssüf ki, De-Moynedə tornado təhlükəsi səbəbindən bugünkü mitinqi ləğv etmək məcburiyyətindəyik", - deyə paylaşımda bildirilib.
Onun sözlərinə görə, Florida ştatının Palm-Biç şəhərindən Ayovaya uçmazdan əvvəl yerli hakimiyyət ondan tədbiri “ləğv etməyi və ya başqa vaxta keçirməyi” xahiş edib.