ABŞ prezidenti Co Bayden cümə axşamı Yaponiyaya səfər etdikdən sonra baş nazir Fumio Kişida ilə ikitərəfli görüş keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan ABŞ prezidentinin iş cədvəlində göstərilib.
Həmin cədvəldə göstərilir ki, C.Bayden mayın 19-21-də Yeddilik Qrupunun (G7) sammitinin keçiriləcəyi Xirosimaya cümə axşamı gələcək. Həmin gün F.Kişida ilə görüş planlaşdırılır.