Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbas Fələstin ərazilərinin işğalına son qoyulmasını və Fələstin dövlətinin tanınmasını tələb edən yeni qətnaməni BMT-nin Təhlükəsizlik Şurasına təqdim etmək niyyətindədir.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Fələstin muxtariyyəti rəhbərinin eyni məzmunda bundan əvvəlki müraciətini BMT TŞ-sı ötən həftə rədd edib, lakin yanvarın 1-dən bu qurumun tərkibində dəyişiklik baş verib.
Mahmud Abbasın sözlərinə görə, Fələstin hökuməti qətnaməni Şura tərəfindən qəbul edilənədək ardıcıl olaraq təqdim etmək əzmindədir.
Qeyd edək ki, Fələstin hakimiyyəti bundan əvvəl Beynəlxalq Cinayətlər Məhkəməsinə üzvlük ərizəsilə müraciət edib.
Samir