Rusiya Finlandiyanı əlavə hərbi təftiş haqqında sazişin ləğvi barədə xəbərdar edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Skandinaviya ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün Finlandiya Rusiyadan iyunun 1-dən əlavə hərbi təftiş səfərlər haqqında ikitərəfli sazişdən çıxacağı barədə məlumat alıb”, - Finlandiya XİN diqqətə çatdırıb.
Qeyd edək ki, bu müqavilə 2000-ci ildən qüvvədədir və iki illik yoxlamaları nəzərdə tuturdu. Helsinki sonuncu dəfə belə tədbirlərin pandemiyadan öncə ikitərəfli formatda keçirildiyini vurğulayıb.
Saziş 2011-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvləri tərəfindən qəbul edilmiş Vyana Sənədini tamamlayırdı. Bu, xüsusilə silahlı qüvvələr, müdafiə planlaması və hərbi büdcələr, yoxlamalar haqqında geniş məlumat mübadiləsini, habelə hərbi fəaliyyətin müəyyən növləri haqqında imzalayan dövlətlərin bir-birinə bildirişlərini təmin edir.