Kreml Rusiya və Prezident Vladimir Putini “mühüm diplomatik tərəfdaş” kimi təqdim etmək üçün hər cür səy göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Putin dünən Moskvada keçirilən Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələrin Beynəlxalq Görüşünün iştirakçıları qarşısında Qərbi qlobal qeyri-sabitlik yaratmaqda ittiham edən müraciət edib. Bundan əlavə, Asiya, Afrika və Latın Amerikası dövlətlərini çoxqütblü dünya nizamını formalaşdırmağa çağırıb.
Bundan əvvəl Rusiya lideri belaruslu həmkarı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla birlikdə Moskvada Avrasiya İqtisadi Forumunda olub.
Bundan əlavə, Putin Serb Muxtar Respublikasının (Serbiya) prezidenti Milorad Dodiklə görüşüb. Dodik açıq şəkildə Ukraynadakı müharibə ilə bağlı Rusiyanı dəstəkləyib, Rusiyanın guya “xüsusi hərbi əməliyyat”a məcbur edildiyini və müharibənin Qərblə toqquşma olduğunu iddia edib.
Amerikalı analitiklərin fikrincə, Kreml potensial anti-Qərb koalisiyası yaratmağa çalışır. Putin martın sonunda Çin lideri Si Cinpinlə də ikitərəfli tərəfdaşlığı təmin etməyə çalışıb, amma buna nail olmayıb. Rusiya lideri Çini Qərblə geosiyasi münaqişəyə cəlb etmək istəyir.
Ekspertlərin fikrincə, Kreml pərdə arxasında bir sıra ölkələrə, o cümlədən Hindistana təzyiq göstərir, Rusiyaya sanksiyaların qarşısını almağa kömək etməsələr, müdafiə və enerji sazişlərini ləğv etməklə hədələyir.
“Blumberq” agentliyinin iddiasına görə isə Rusiya onunla ticarət edən ölkələri gizli şəkildə şantaj, onlardan Ukraynadakı müharibə ilə bağlı maliyyə təcridindən yayınmağa kömək etməyi tələb edir.