25 May 2023 20:43
2 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” bölmələrinin Baxmutdan tam çıxarılması nümayişkaranə ola bilər, çünki onları orada əvəz edəcək heç kim yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Ekspert “Vaqner” lideri Yevgeni Priqojinin bununla bağlı açıqlamasına inanmadığını bildirib:

“Bu iddialara çox şübhə ilə yanaşıram. İndi Baxmutda “Vaqner”in 4000-ə yaxın muzdlusu var. Bəs rus ordusunun “Vaqner”i tamamilə əvəz edəcək 4000 azad hərbçisi varmı? Kifayət qədər resursları olmadığı üçün Ukrayna ilə sərhədi belə bağlaya bilmirlər. Buna görə də 4 min hərbçini haradansa aparmalıdırlar”.

Eyni zamanda o qeyd edib ki, əgər ruslar şəxsi heyəti cinahlardan çəkməyə başlasalar, bu istiqamətlərdə boşluqlar yaranacaq:

“Əgər hansısa başqa istiqamətdən, məsələn, Avdiv və ya Uqledar ətrafındakı qüvvələri çəksələr, o zaman bu istiqamətlərdə pərakəndəlik yaranacaq”.

Bu baxımdan Kovalenko Priqojinin “Vaqner”in yalnız müəyyən hissəsini geri çəkəcəyinə, qalan qisminin isə Baxmutda qalacağına inanır:

“Beləliklə, “Vaqner” lideri Rusiyaya “qalib” kimi qayıdacaq və burada müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu nüfuzdan salmaqdan ibarət piar kampaniyasını davam etdirəcək.

Eyni zamanda, bu, Priqojinin Rusiyada daha maraqlı fəaliyyətlərə başlamazdan əvvəl Baxmutdan qaçmasına imkan verən bir növ hoqqabazlıqdır. Nəhayət, rus qoşunları cinahları saxlaya bilməyəcək və bir neçə həftə ərzində şəhəri tərk etməyə məcbur olacaqlar. Belə bir ssenarini istisna etmirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu