4 İyun 2023 10:56
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Odişa ştatında qatarların toquşması nəticəsində ölənlərin sayı 294-ə çatıb, min nəfərdən artıq yaralı var.

Teleqraf.com xəbər verir ki, qəzanın baş verdiyi Balasor şəhərindəki xəstəxanalar dolub, bölgəyə başqa ştatlardan həkimlər gəlməkdə davam edir.

Xəstəxanaya yerləşdirilən təxminən 100 nəfərin vəziyyəti ağırdır.

Qeyd edilir ki, 1000-dən çox insan və xüsusi texnikanın cəlb olunduğu qəza yerində bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, ötən gün Hindistanın şərqində 2 sərnişin və 1 yük qatarı toqquşub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər