8 İyun 2023 22:53
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti Belarusa qarşı bəzi malların idxal və ixracını məhdudlaşdıran yeni sanksiyalar paketi tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Yeni sanksiyalar paketi Ukraynanın ərazi bütövlüyünə məhəl qoymayaraq Rusiyanın hərbi əməliyyatlarına fəal töhfə verən Prezident Aleksandr Lukaşenko və onun rejiminə iqtisadi təzyiqi artırır”, - deyə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib.

Sanksiyalar siyahısının yenilənmiş variantı hələ dərc edilməsə də, tətbiq edilən sanksiyalar Belarusdan qızıl, oduncaq, kauçuk və sement idxalına qadağa qoyur. Həmçinin Belarusa sənaye avadanlıqlarının, əsginasların, kimyəvi və bioloji silahların yaradılması üçün istifadə oluna biləcək malların tədarükünə də məhdudiyyətlər tətbiq ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər