Kaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində 27 nəfər itkin düşmüş hesab olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukraynanın daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.
DİN-in məlumatına görə, Xerson vilayətində 47 yaşayış məntəqəsi su altında qalıb, onlardan 33-ü Ukraynanın nəzarətində olan ərazidə, 14-ü isə müvəqqəti işğal altında olan ərazidədir. 2 620 nəfər təxliyə edilib, onlardan 160-sı uşaqdır.
Rusiya tərəfinin açdığı atəşlər nəticəsində 11 ukraynalı yaralanıb, 4 nəfər ölüb.
Nikolayev vilayətində 31 yaşayış məntəqəsi su altında qalıb. 936 nəfər, o cümlədən 167 uşaq təxliyə edilib. 1 nəfər ölüb.
Dnepropetrovsk vilayətində 26 yaşayış məntəqəsində 89 mindən çox abunəçi susuz qalıb. İçməli və texniki su təchizatı təmin edilib.