Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sədri, prezidentliyə namizəd olmuş Kamal Kılıçdaroğlunun bölgələrdə az səs toplamasının səbəbinin insanların yalnız TRT kanalını izlədiyinə dair fikirlərinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan Türkiyənin qurucusu Mustafa Kamal Atatürkdən sitat gətirib.
"Partiyanızın qurucusu qazi Mustafa Kamal demədimi kəndli millətin ağasıdır. Seçkidə uduzan səhvi özündə axtarmaq əvəzinə hələ də seçiciləri günahlanması artıq siyasətin deyil, psixologiyanın məsələsidir", - Türkiyə Prezidenti qeyd edib.