12 İyun 2023 13:09
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

"CHP-nin qurultayı ən qısa zamanda keçirilməlidir".

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu CHP Qrup sədri Özgür Özəl deyib.

CHP-də 28 May seçkilərindən sonra başlayan “dəyişiklik” müzakirələri davam edir. İBB sədri İmamoğlunun çıxışlarından sonra CHP Qrup sədri Özgür Özəl də səs-küy yaradacaq fikirlər səsləndirib:

“Bu qurultay ən qısa zamanda keçirilməlidir. CHP oktyabr ayına qədər başqan seçmək üçün işə başlamalıdır. Partiya özünü təndiqə açıq olmalı və bütün səviyyələrdə yenilənməlidir. Üzvləriniz və nümayəndələrinizlə hesablaşmasanız, onlar digər yollarla sizinlə hesablaşacaq”.

Qurultayda namizəd ola biləcəyinə işarə edən Özəl fədakarlıq etməyə hazır olduğunu da deyib:

“Uduzan komandada hücumçu olmaqdansa, çempion komandada istənilən mövqedə oynamağa can atıram. Məsuliyyəti öz üzərimdən atmıram. Amma fədakarlıqdan da geri durmuram. Lazım olsa, ən geniş razılaşmanın tərkib hissəsi olan bir anlaşmada olacam. Əlaqə quraraq, irəli gedəcəyəm. Partiya heç kimin yolunu kəsməməlidir".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər