Fələstin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Ban Gi Mun bəyanat verib.
İsrail fələstinlilər üçün 125 milyon dollarlıq vergi gəlirlərinin dondurulması qərarına gəlib. Bu addım Fələstinin Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaq səylərinə cavab mahiyyəti daşıyır.
Fələstinlilər vergi gəlirlərindən hökumətin fəaliyyəti və mülki işçilərin maaşlarının ödənilməsi üçün istifadə edir.
Fələstin BMT-nin Təhlükəsizlik Şurasına Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaq təklifi verərək, İsrailin fələstinlilərə qarşı müharibə cinayətlərinə əl atdığına dair məhkəməyə şikayət vermək hüququ əldə etməyə çalışır.
Qeyd edək ki, Fələstin prezidenti Mahmud Abbas BMT-nin Təhlükəsizlik Şurasının 3 il ərzində Fələstin dövlətinin yaradılmasına dair qətnamə layihəsini rədd etməsindən sonra Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaqla bağlı sənədlərə imza atıb.
Samir