19 İyun 2023 23:36
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın müxalif “Həll” Partiyasının lideri Kiriakos Velopulos hökumətə müraciət edərək ABŞ-dan F-35 almaq əvəzinə Türkiyədən raket almağı təklif edib.

Teleqraf.com xəbər verir ki, siyasətçi Türkiyə silahlarının davamlı problem yaradan Amerika təyyarələrindən daha effektli olduğunu deyib.

“Türkiyənin “Kuzgun” raketləri yüksək səviyyəli radarlara malikdir, hərbi bazanı saniyələr ərzində məhv edə bilir və cəmi 200 min dollara başa gəlir. F-35-lərə verəcəyimiz 4 milyard avro ilə 30 min belə raket ala bilərik. Nə üçün ağıllı silahlara deyil, bahalı silahlar almalıyıq? F-35 təyyarələrinin problemləri kiçik deyil”, - Velopulos bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər