22 İyun 2023 00:12
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya təhdidlərə baxmayaraq, Ukraynaya nüvə zərbəsi endirməyəcək”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “The Economist” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı 9 illik müharibə ona Moskvanın nüvə silahından istifadə təhlükəsi ilə bağlı real qiymətləndirmə aparmağa imkan verir.

“Kəşfiyyat rəhbəri kimi birbaşa deyirəm ki, bu baş verməyəcək. Rusiya Federasiyasına qarşı bütün düşmənçiliyimə baxmayaraq, orada rəhbərlikdə elə də çox axmaq yoxdur”, - deyə Budanov qeyd edib.

Onun fikrincə, Ukraynada sülh Rusiyanın strateji məğlubiyyəti və hakimiyyətin yenidən formatlaşdırılması olmadan mümkün deyil.

“Ya hər kəs eyni anda müharibəni dayandıracaq, ya da bir tərəf uduzacaq, digəri qalib gələcək. Başqa variant yoxdur”, - deyə kəşfiyyatçı vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər