Ermənilər Moskvada Ukraynaya qarşı müharibəyə göndərilməzdən əvvəl məbəddə "xeyir-dua" alıblar.
Teleqraf.com xəbər verir ki, Ukrayna mətbuatı ermənilərin bu ölkəyə qarşı "Arbat" adlı xüsusi batalyon qurduqlarını yazır.
Məlumatda bildirilir ki, "xeyir-dua mərasimi" iyulun 1-də Rusiyanın paytaxtındakı erməni kilsəsində keçirilib. Yayımlanan fotolarda Rusiyada yaşayan və Ukraynaya qarşı işğalçı müharibəyə göndərilən ermənilər əks olunur.
Ukrayna mediası ermənilərin Donbasa döyüş zonasına göndərildiklərini yazır.