“Vaqner” özəl hərbi birləşmənin bəzi üzvləri Yevgeni Priqojinlə birlikdə Belarusa gəlub.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Politico” nəşrinə müsahibəsində deyib.
“Biz “Vaqner” qüvvələrinin yerləşdirilməsi üçün bəzi hazırlıqları müşahidə etdik. Onların çoxunu hələ görməmişik. Təbii ki, biz Belarusda baş verənləri diqqətlə izləyirik”, - Stoltenberq bildirib.
NATO baş katibinin sözlərinə görə, “Vaqner” muzdluları Afrikada fəaliyyətini davam etdirir. Eyni zamanda, yaraqlıların bəziləri “Ukraynadadır, lakin cəbhə xəttində deyil”.